Cümə axşamı, 01 Fevral 2024 06:54

Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub

Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub. Bu barədə Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva bildirib.

 

Onun sözlərinə görə, Rəşad Şəkərov Böyük Britaniya ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edərək, klubun müxtəlif layihələrini idarə edəcək, habelə B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar, “CEO Breakfast” və “CEO Lunch” kimi tədbirlər təşkil edəcək.

 

Rəşad Şəkərov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan və Böyük Britaniya sahibkarları arasında networking-in genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edilməsində səylərini əsirgəməyəcək. 

 

Rəşad Şəkərov, 1979-cu ildə anadan olub.

1998-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasından məzun olub. 

2013-2018-ci illərdə Londonda “Chartered Shipbrokers”   Institutunda təhsil alıb və həmin institutun fəxri üzvüdür.

2021-ci ildə “World Maritime Universiteti”nin, “Yüksək Dəniz İdarəçiliyi” ixtisasi üzrə aspirantura pilləsini bitirib.

Hal-hazırda təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasında davam etdirir.

İş fəaliyyətinə 1998-ci ildə Caspian Shipping Company-də quru yük gəmiləri, tankerlər və bərələrdə 3-cü və 2-ci məmur vəzifələri ilə başlamışdır.

2004-cü ildə karyerasını İstanbulda yerləşən Golden Ocean Maritime Co. Ltd., daha sonra isə Azərbaycan Dövlət Dəniz Administrasiyasında pasport şöbəsinin müdiri vəzifəsində davam etdirmişdir. 

2007-2017-ci illər arasında Rəşad Şəkərov Qazaxıstan,  AGT regionu, Əbu-Dabidə Caspian Mainport, Noble Denton, BP, DNG GL, Noble Denton Associates, Hyundai Engineering and Construction kimi şirkətlərdə işləmişdir.

2017-2018-ci illərdə Azerbaijan Marine and Engineering Consultants LTD. şirkətində direktor vəzifəsində çalışmışdır.

2018-ci ildə BLUE WATER SHIPPING şirkətinin Qazaxıstandakı “FUTURE GROWTH PROJECT (FGP) layihəsi üzrə İngiltərədən gələn gəmilərin qəbulu və beynəlxalq daşımalar üzrə superintendent (idarə edici rəhbər) vəzifəsində çalışmışdır.

2018-2019-cu illərdə “Caspian Marine Services B.V.” Azərbaycan filialının direktor müavini kimi fəaliyyət göstərmişdir.

2019-2021-ci illər ərzində Azerbaijan Caspian Shipping Company QSC-də

layihələrin idarə edilməsi departament rəisi vəzifəsində çalışmışdır.

2021-ci ildən etibarən “Azerbaijan Maritime Engineering and Construction” MMC şirkətinin sahibi və eyni zamanda baş icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 1062 times