Super User
Radioyayım şəbəkəsinin genişləndirilməsi ilə bağlı brifinq keçirilib
22 iyulda “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib.
Sərəncamın icrası ilə bağlı çıxışlar zamanı bildirilib ki, sözügedən Sərəncam ümumilikdə medianın inkişafı üçün böyük töhfədir və FM radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsidir.
Caspian Energy Media rəqəmsal inkişaf və rabitə nazirliyinə istinadla xəbər verir ki,brifinqdə mövzuya uyğun olaraq videosüjet və təqdimat nümayiş etdirilib.
Elm və Təhsil Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “8 mart 8 qadın təqaüd proqramı”nın qalibi olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “8 mart 8 qadın təqaüd proqramı”nın qalibi olub.
Caspian Energy Media BANM-a istinadla xəbər verir ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Samirə Qəribova təqaüd qazanıb.
“ATL Academy”, “ATL Tech”, eləcə də İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə baş tutan proqramın seçim prosesi 3 mərhələdən ibarət olub.
Məqsəd İT və Proqramlaşdırma sahəsində qadınların iştirakını dəstəkləməkdir.
Artıq Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkündür
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir. Belə ki, sərnişinlər AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.
Caspian Energy Media AZAL-a istinadla xəbər verir ki, yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
“Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
İyulun 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Azərbaycan İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə 12 namizəd arasından aşağıdakı 7 nəfər gizli səsvermə yolu ilə İctimai Şuranın üzvü seçilib:
Abdullayeva Səbirə Ağarəsul qızı (Azərbaycan Tennis Federasiyası), Əliyev Fərhad Vaqif oğlu (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), Məmmədli Elnur Çingiz oğlu (Azərbaycan Cüdo Federasiyası), Mikayılova Könül Mövlam qızı (Azərbaycan Stolüstü Tennis Federasiyası), Dadaşova Güldanə Abseyin qızı (Azərbaycan Gənclər Parlamenti Azərbaycan İB), Həbibzadə Ramin Zahid oğlu (Dünya Azərbaycanlıları Gənclərin İB), Salmanlı Aynurə Mahir qızı (Gənclərin Maarifləndirilməsinə Dəstək İB).
В Китае прошла 8-я министерская встреча по климатическим действиям
В китайском городе Ухань прошла 8-я министерская встреча по климатическим действиям.
Как передает Caspian Energy Media, об этом говорится на официальной странице СОР28 в социальной сети "Х".
В сообщении говорится, что данная встреча имеет решающее значение для развития многостороннего сотрудничества и диалога на уровне министров, обеспечивая переход от COP28 к COP29 и далее.
"Консенсус ОАЭ предлагает практичный и надежный путь для достижения цели в 1,5°C. Мы должны наращивать импульс для его реализации на пути в Баку. ", - говорится в сообщении.
Çində İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci iclası keçirilir
BƏƏ Konsensusu 1,5°C temperaturu əlçatan etmək üçün praktik və möhkəm yol təqdim edir. Biz Bakıya gedən yolda onun həyata keçirilməsinə təkan verməliyik.
Caspian Energy Media xəbər verir ki, bu barədə COP28-in rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu həftə Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı çoxtərəfli əməkdaşlığın və dialoqun inkişaf etdirilməsi baxımından çox vacibdir.
Организована общественная дискуссия по вопросам развития рекламной сферы
22 июля при поддержке Агентства развития малого и среднего бизнеса (KOBİA) и Государственного рекламного агентства Азербайджана (ADRA), Конфедерации организаций предпринимателей (работодателей), и при организации Общественного совета при KOBİA была проведена общественная дискуссия на тему «Инновации и вызовы на рекламном рынке». В мероприятии приняли участие около 80 представителей соответствующих государственных учреждений, а также представители бизнес-ассоциаций и рекламных компаний.
Как сообщает Caspian Energy Media со ссылкой на KOBİA, на мероприятии обсуждалась текущая ситуация на рекламном рынке, размещение рекламы на открытых площадках, трудности, с которыми сталкиваются субъекты хозяйствования, работающие в сфере рекламы. Были выслушаны их идеи и предложения, а также даны ответы на их вопросы.
Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub
İyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.
Caspian Energy Media KOBİA-ya istinadla xəbər verir ki, tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.