Cümə axşamı, 29 Avqust 2024 14:08

Azərbaycanda pivə istehsalı üçün ayrılan dənli bitkilərin həcmi artıb

2023-cü ildə Azərbaycanda qida məhsullarının istehsalına 2 milyon 034,032 min ton dənli və dənli paxlalılar (çəltik istisna olmaqla) istifadə edilib.

“Caspian Energy Media” “Report”a istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1,9 % azdır.

Ötən il qida məhsullarının istehsalı üçün nəzərdə tutulan dənli və dənli paxlalıların 87,6 %-i və ya 1 milyon 782,725 min tonu un və yarma istehsalına (2,1 % az), 33,33 min tonu spirt istehsalına (10,6 % az), 65,821 min tonu pivə istehsalına (12,4 % çox), 152,156 min tonu isə sair qida məhsullarının istehsalına (3,3 % az) sərf edilib.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

Read 352 times