Bazar ertəsi, 28 Aprel 2025 10:01

Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sarvan Cəfərov ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb.

Görüşdə Danimarka İxrac və İnvestisiya Fondu ilə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

 

Read 12 times Last modified on Bazar ertəsi, 28 Aprel 2025 10:05