Cümə axşamı, 23 May 2024 14:15

Caspian Energy jurnalının növbəti buraxılışında Avstriyanın Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Naziri Leonora Qevessler eksklüziv müsahibə verib

Caspian Energy jurnalının COP29, yaşıl enerji, 29-cu Caspian Oil and Gas sərgisi və digər mövzuları əhatə edəcək növbəti buraxılışında Avstriyanın Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Naziri Leonora Qevesslerin eksklüziv müsahibəsi dərc olunacaq. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Təqdim olunacaq yeni buraxılışda Aİ-yə üzv ölkələrin yüksək rütbəli rəsmilərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, habelə OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İqlim Fəaliyyəti, İrlandiyanın Ətraf Mühit, İqlim, Rabitə və Nəqliyyat naziri İmon Rayanın, Latviyanın İqlim və Enerji Naziri Kaspars Melnisin və digər dövlət qurumları nümayəndələrinin da müsahibələri gözlənilir.

Read 566 times Last modified on Cümə axşamı, 23 May 2024 13:51