Bazar ertəsi, 03 İyun 2024 14:32

Vija Buşa: “Latviya Azərbaycanla gələcək əməkdaşlığın təşviqində maraqlıdır”.

Caspian Energy Club üzvlərinin iştirakı ilə Latviyanın paytaxtı Riqada təşkil olunmuş Central Baltic & Azerbaijan Business Forum-da çıxış edən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin missiya rəhbərinin müavini xanım Vija Buşa Latviyanın Azərbaycanla gələcək əməkdaşlığın təşviqində maraqlı olduğunu, yaxın gələcəkdə araşdırıla biləcək bir çox biznes imkanları gördüyünü qeyd edib.

Onun sözlərinə görə, Latviya və Azərbaycan arasında iqtisadi əlaqələr son illər müsbət tendensiya ilə inkişaf edir. Latviya İKT, ağıllı enerji və yaşıl texnologiyalar, o cümlədən kənd təsərrüfatı, ali və peşə təhsili və tədqiqat kimi sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Nəqliyyat və logistika mühüm əməkdaşlıq sektorudur. Latviyanın milli aviaşirkəti airBaltic 2024-cü ilin iyul ayından noyabr ayına kimi mövsümi birbaşa uçuşları davam etdirir. Xəzər, Qara və Baltik dənizi regionları arasında güclü, dayanıqlı və etibarlı nəqliyyat dəhlizinin əlaqəsini inkişaf etdirmək çox vacibdir”, - deyə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin missiya rəhbərinin müavini xanım Vija Buşa bildirib.

Read 467 times Last modified on Bazar ertəsi, 03 İyun 2024 10:51