Çərşənbə axşamı, 14 Yanvar 2025 14:25

“Caspel” və “R.I.S.K. Company” şirkətləri “Milli Məkan Məlumatları” informasiya sistemi layihəsində iştirak edirlər

Rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə qurumların, habelə fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin və toplanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin etmək məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemi və ya “Milli Məkan” adlı coğrafi informasiya sistemi layihəsinin icrasına başlanılmışdır. 

Ölkənin aparıcı İT şirkətlərindən olan “Caspel” və “R.I.S.K. Company” şirkətlərinin iştirakı ilə həyata keçirilən layihə məkan məlumatlarının idarə olunması üçün müasir platformanın yaradılmasına yönəlmişdir. 

Layihənin icra olunmasında Avropa məkan məlumatları təşəbbüsü olan “INSPIRE” və ABŞ-nin milli məkan məlumatları infrastrukturu olan “NSDI” kimi qabaqcıl dünya təcrübələri, həmçinin “Leonardo” kimi beynəlxalq şirkətlərin təcrübəsi, eləcə də bir neçə ölkədə həyata keçirilən oxşar layihələr nəzərə alınır. 

“Milli Məkan Məlumatları” informasiya sistemi Azərbaycan Respublikasının rəqəmsal infrastrukturunu gücləndirəcək, məkan məlumatlarının idarə olunması üzrə qlobal təşəbbüslərə inteqrasiyanı təmin edəcək və ölkənin dayanıqlı inkişafına təkan verəcəkdir.

Read 19 times Last modified on Çərşənbə axşamı, 14 Yanvar 2025 11:26