“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclasda iştirak ediblər.
İclasda 2025-ci il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr barədə müzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı ilə bağlı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlara dair təkliflər səsləndirilib. Qərara alınıb ki, yaranmış suallarla əlaqədar hüquq-konsaltinq şirkətləri, özəl sektor və müvafiq dövlət qurumları cəlb edilməklə ayrıca tematik görüşlər təşkil edilsin.
Bazar ertəsi, 17 Mart 2025 13:10
“Caspian Energy Club”ın nümayndə heyəti “Biznesə daxilolma” işçi qrupunun növbəti iclasında iştirak edib
Published in
CASPİAN ENERGY CLUB
Tagged under
Latest from
- По оценкам ОПЕК, к 2050 году на нефть по-прежнему будет приходиться 30% мирового энергетического баланса
- По BTC перекачено свыше 612 млн.т.
- Отказ от производства пластика принесет $8 трлн, исследования WWF
- Китайская компания разработала первую в мире крупную ИИ-модель для энергосистемы
- “Azpetrol” şirkəti 28 yaşını qeyd edir!