Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradıcı gənclərin inkişafına, onların beynəlxalq platformalarda fəal iştirakına və mədəni inteqrasiyaya dəstək göstərir.
Azərbaycanlı gənclər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər. Azərbaycan nümayəndə heyəti görüş zamanı eyni zamanda ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.