Bazar, 29 Dekabr 2024 12:11

Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

“Caspian Energy Media” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirdə iştirak edib.

Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etməkdir.

Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Read 34 times Last modified on Bazar, 29 Dekabr 2024 10:14