Çərşənbə, 12 Mart 2025 11:19

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Dövlətimizin başçısı vurğuladı ki, Mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfəsi əsasında dünya miqyasında həyata keçirdiyi fəaliyyəti təqdir olunur. Bu təsisatın beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından aktiv şəkildə fəaliyyət göstərdiyini, onların həlli yollarının tapılmasına töhfəsini verdiyini deyən Prezident İlham Əliyev bu xüsusda XII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin yeni dünya düzəninin formalaşdırılması ilə bağlı vacib mövzulara həsr olunduğunu vurğuladı.

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxundu.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 8 times Last modified on Çərşənbə, 12 Mart 2025 10:25