Bazar, 25 May 2025 11:00

Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 24-də ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.

Qeyd olunub ki, Azərbaycan tərəfi Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana, film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

 

Read 19 times Last modified on Çərşənbə axşamı, 10 İyun 2025 11:02