Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir. SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.
SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.
Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.