Çərşənbə, 29 Yanvar 2025 19:55

Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək

Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır. "Caspian Energy Media" Qırğız Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

353,3 hektar ərazisi olan yaşayış məntəqəsi Çuy vilayətinin Kemin rayonunun ərazisində yerləşəcək. Kemin-Sitinin tikinti konsepsiyası cari ilin iyun ayının 1-dək hazırlanacaq.

Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir. 

Read 53 times Last modified on Çərşənbə, 29 Yanvar 2025 15:57