Çərşənbə, 05 İyun 2024 16:24

Azərbaycan IMF ilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini müzakirə edib.

Caspian Energy Media xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri, iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər, vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar nəzərdən keçirilib.

Read 469 times