Bazar ertəsi, 24 İyun 2024 10:33

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

İyunun 20-21-də Sankt-Peterburqda Rusiyanın Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Geosiyasi ziddiyyətlər dövründə dövlət hakimiyyəti, biznes və cəmiyyət sisteminin vəhdəti” mövzusunda VIII Beynəlxalq Nevski Forumu keçirilib.

Caspian Energy Media Dövlət vergi Xidmətinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəhbəri, DVX rəisinin müşaviri Sərxan Həşimov və Maliyyə baş idarəsinin rəisi Fərhad Hüseynov Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirdə təmsil olunublar.

Forumun əsas məqsədi yeni qlobal çağırışlar və çoxqütblü dünyanın formalaşması kontekstində inkişaf üçün məsələləri nəzərdən keçirmək və təcrübə yönümlü təkliflər hazırlamaqdır.

Tədbir müzakirələrlə davam etdirilib.

Daha ətraflı

Read 417 times