Şənbə, 23 Noyabr 2024 09:52

"Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

Noyabrın 22-də “Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. Tərəflər Bəyannamə çərçivəsində iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl sahibkarlıq və yaşıl iqtisadiyyat, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri üzrə əməkdaşlıq və birgə fəaliyyətlər həyata keçirəcəklər. 

Bu barədə “Caspian Energy Media” KOBIA-ya istinadən xəbər verir.

 

Read 144 times