İqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edib. Azərbaycanda inklüziv, innovativ və dayanıqlı iqtisadiyyatın inkişafı üçün həyata keçirilən addımlar qeyd edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “Süni zəka və iqtisadiyyat” mövzusunda keçirilən 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edib.
İki gün davam edəcək sammit çərçivəsində turizm, səhiyyə, energetika, tikinti və digər sahələrin rəqəmsallaşması, innovasiya, süni intellektin təsirləri ilə bağlı mövzularda panel sessiyalar, rəqəmsal həllərin təqdim olunduğu sərgilər təşkil olunur, dövlət və özəl sektor nümayəndələri arasında görüşlər keçirilir.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.