İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris ilə təmsil olunub.
Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək və investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.
Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.