Cümə axşamı, 22 May 2025 10:42

Azərbaycan və OPEC İnkişaf Fondu əməkdaşlıq perspektivlərini dəyərləndirib

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində Azərbaycan tərəfi OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirib.

Görüş zamanı dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər infrastruktur layihələri sahəsində birgə fəaliyyət imkanlarını da dəyərləndiriblər.

“Caspian Energy Media” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Read 6 times Last modified on Cümə axşamı, 22 May 2025 10:50