Cümə, 30 May 2025 10:57

Azərbaycanla ABŞ arasında iqtisadi-ticari əlaqələr müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə əhəmiyyət kəsb edir.

Tərəflər qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə ediblər. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhlizin perspektivləri, investisiya, yaşıl enerji enerji, infrastruktur və sənaye sahələrində tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 13 times