Cümə, 14 Mart 2025 11:53

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü və cəmiyyətin İdarə Heyətinin yekdil qərarı ilə qurumun nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub.

Seymur Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin günü-gündən müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Bu səbəbdən də elm və incəsənət sahələrinin bundan sonra Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının nəzdində fəaliyyət göstərməsinə qərar verildiyini söyləyib. 

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 14 times