Çərşənbə axşamı, 14 May 2024 15:57

Çinlə “yaşıl enerji” əməkdaşlığının inkişafı müzakirə edilib

Caspian Energy Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi  və “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılıb.

Söhbət zamanı İşçi Qrupunun yaradılması ilə potensial əməkdaşlıq istiqamətləri üzrə təkliflərin dəyərləndirilməsi və nəticədə müvafiq layihələrlə bağlı əməkdaşlıq edilməsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

Read 522 times