Çərşənbə, 20 Noyabr 2024 14:15

Energetika Nazirliyində Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalanıb

COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China Southern Power Grid International (Hong Kong) Co.,Ltd” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb. 

Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilərək, Memorandum çərçivəsində bərpa olunan enerji və enerji saxlanması texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşıl enerji istehsalını artırmaq, regionda və dünyada enerji dəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çin şirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqi və innovativ həllərin inteqrasiyası kontekstində dəyərləndirilib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 134 times Last modified on Çərşənbə, 20 Noyabr 2024 11:19