Çərşənbə axşamı, 10 Dekabr 2024 10:32

Energetika Nazirliyi GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub

Energetika nazirinin müavini Kamal Abbasov İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 26-cı Nazirlər İclasında çıxış edib.

Nazir müavini ölkəmizin zəngin təbii qaz ehtiyatlarına və strateji mövqeyinə əsaslanaraq qlobal enerji bazarında mühüm rol oynadığını bildirib. Azərbaycan qazının 12 ölkə tərəfindən idxal edildiyi və bunun enerji resurslarımıza artan tələbatın göstəricisi olduğu diqqətə çatdırılıb. Konfrans çərçivəsində GECF-in təşkil etdiyi panel müzakirələrinə toxunularaq təbii qazın dayanıqlı enerji keçidindəki əhəmiyyəti vurğulanıb. 

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 77 times