Cümə axşamı, 12 Dekabr 2024 15:58

“AzərEnerji” və BP Şirkəti arasında müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə BP Şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyyətinin görüşü olub.

Görüşdə, Cəbrayılda tikilən 240 MVt-lıq BP “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi  və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-yə istinadən xəbər verir.

 

Read 86 times Last modified on Cümə axşamı, 12 Dekabr 2024 12:03