Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 442,085 milyon ABŞ dolları gəlir əldə edib.
Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 865,915 milyon ABŞ dolları və ya 2,96 dəfə azdır.
Bu barədə “Caspian Energy Media” Azərbaycan Dövlət Neft Fonduna istinadən xəbər verir.