Çərşənbə, 15 Yanvar 2025 06:57

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 15-ci Sessiyasında iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova cari ilin 11-13 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində təşkil olunan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 15-ci Sessiyasında iştirak edib.

Sessiya çərçivəsində çıxış edən Rəna Hümbətova ölkəmiz tərəfindən dəstəklənən “BƏƏ Konsessusu:2030-cu ilədək bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması” ilə əlaqədar olaraq görülən işlər barəsində məlumat verib və region üzrə birgə səylərin gücləndirilməsini qeyd edib. Sahənin inkişafında hesab olunan əsas çətinliklərə misal olaraq bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, həmçinin investisiyaların cəlbi kimi məsələlər barədə məlumat verilib. Əlavə olaraq, IRENA-nın təşəbbüsü ilə yaradılan müxtəlif beynəlxalq əməkdaşlıq platformalarının əhəmiyyəti vurğulanıb.

Bu barədə “Caspian Energy Media” Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

 

Read 2 times Last modified on Çərşənbə, 15 Yanvar 2025 07:06