Cümə, 31 Yanvar 2025 06:35

“AzərEnerji” və Dünya Bankının nümayəndə heyətlərinin növbəti görüşü olub

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olub. Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.

Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-yə istinadən xəbər verir.

 

 

Read 4 times Last modified on Cümə, 31 Yanvar 2025 06:40