Çərşənbə, 05 Fevral 2025 15:08

TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

Azərbaycan qazınıTrans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropayanəqlinin ümumihəcmi 75 milyard kubmetrə çatıb.

Bu barədə "Caspian Energy Media" TANAP konsorsiuma istinadən xəbər verir.

"Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir", - konsorsium bildirir.

Read 54 times Last modified on Çərşənbə, 05 Fevral 2025 12:20