Çərşənbə axşamı, 25 Fevral 2025 10:38

Ölkədə enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib

Yeni dövlət standartının qəbulu məişətdə istifadə olunan paltaryuma-qurutma funksiyalı avadanlıqların daha keyfiyyətli işləməsini təmin etməklə enerji səmərəliliyini artıracaq. 

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.

 Sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.

 Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq. Bu barədə “Caspian Energy Media” AZSTAND-a istinadən xəbər verir.

Read 7 times