Çərşənbə axşamı, 25 Fevral 2025 10:23

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə seminar keçirilir

Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində Nüvə Enerjisi Proqramının İcraedici Təşkilatının (NEPIO) vəzifə və məsuliyyətlərini əhatə edən dörd günlük seminar keçirilir.

Tədbirin ilk günündə Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri tərəfindən yeni nüvə enerjisi proqramının icrası üçün mərhələli yanaşma, kiçik modul reaktorları üzrə texnologiyalar və onların infrastruktur məsələləri haqqında məlumat verilib. Türkiyənin ilk nüvə elektrik stansiyası layihəsinin "Tik-Sahib ol-İşlət" sxemi ilə reallaşdırılması, həmçinin yeni nüvə enerjisi proqramının həyata keçirilməsi üçün mümkünlüyün qiymətləndirilməsi sahəsində Macarıstan təcrübəsi nəzərdən keçirilib.

Seminarda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 45 times Last modified on Çərşənbə, 26 Fevral 2025 10:29