Energetika naziri Pərviz Şahbazovla “ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill arasında görüş keçirilib.
Görüşdə şirkətlə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.
Vitse-prezident John Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.