Cümə axşamı, 29 May 2025 15:02

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclasına hazırlıq məsələləri müzakirə edilib

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında onlayn formatda görüş olub.

Görüşdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və imzalanmış sənədlərin münasibətlərin inkişafında mühüm rolu qeyd olunub. Həmçinin Baş katibi To Lamın Hanoy şəhərində  Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda iştirakı dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirilib.

İkitərəfli münasibətlərin yeni əməkdaşlıq sahələri ilə möhkəmlənməsində Hökumətlərarası Komissiyanın mühüm rolu vurğulanıb və cari ilin iyul ayında Komissiyanın 3-c iclasının, habelə biznes forumun keçirilməsi razılaşdırılıb. Komissiyanın iclasının ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı əks etdirən gündəliyi və digər hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 15 times Last modified on Cümə, 30 May 2025 12:06