SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb.
Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.
İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq.
Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.
Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.