Cümə axşamı, 12 İyun 2025 15:08

Energetika naziri Brüsseldə Azərbaycanın enerji səmərəliliyi və “yaşıl enerji” kursundan danışıb

Energetika naziri Pərviz Şahbazov Belçikanın Brüssel şəhərində keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransında iştirak edib.

Nazir “Məlumatlılıq, ambisiya və fəaliyyət” mövzusunda yüksək səviyyəli paneldə və nazirlərin dəyirmi masasında enerji səmərəliliyinin enerji təhlükəsizliyi və qlobal iqlim hədəflərinin reallaşdırılmasına verdiyi töhfələr, eləcə də Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət barədə fikirlərini bölüşüb. Enerji səmərəliliyinə nail olmaq üçün investisiyalar, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

 

Read 7 times Last modified on Cümə, 13 İyun 2025 10:11