Bazar ertəsi, 09 Sentyabr 2024 16:21

“Bank Respublika” BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşulub

BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 000 mindən çox təşkilatdır.

Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən “Bank Respublika”, insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramını təkmilləşdirməyə, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Bank hazırda yaşıl maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emalına yönəlmiş layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal işləyir.

Daha ətraflı

Read 341 times