Çərşənbə, 25 Dekabr 2024 17:07

AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Göyərtədə 62 sərnişin olub. İlkin məlumata görə onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı olub.

Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

 

Read 33 times