“AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2024-cü ildə “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrində ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilən mükafatı “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.
QSC bu mükafata 2024-cü ildə icra etdiyi “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” və “Təmiz Daşkəsən” layihələri ilə ətraf mühitin mühafizəsinə verdiyi töhfələrə görə layiq görülüb. Bu barədə “Caspian Energy Media” “AzerGold”-a istinadən xəbər verir.