Cümə axşamı, 27 İyun 2024 10:43

Milli Məclis 2024-cü il dövlət büdcəsi haqqında qanuna dəyişiklik layihəsini qəbul edib

İyunun 25-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.

Caspian Energy Media maliyyə nazirliyinə istinadən xəbər verir ki, qəbul edilmiş qanuna əsasən, dövlət və icmal büdcənin əsas göstəriciləri aşağıdakı kimidir:

2024-cü il dövlət büdcəsinin gəlirləri 36 388,0 mln.manat, xərcləri 39 742,3 mln.manat, kəsiri isə 3 354,3 mln.manat nəzərdə tutulur.

2024-cü il icmal büdcənin gəlirləri 43 515,0 mln.manat, xərcləri 45 626,8 mln.manat, kəsiri isə 2 111,8 mln.manat nəzərdə tutulur.

Read 439 times