Çərşənbə axşamı, 05 Noyabr 2024 13:23

Mərkəzi Bankda COP29 zamanı planlaşdırılan fəaliyyət müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub.

 Görüş zamanı ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi. COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu

“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Read 191 times Last modified on Çərşənbə axşamı, 05 Noyabr 2024 10:31