Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsi müzakirə edilib.
“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: "Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələlərini də müzakirə etdik".