Çərşənbə axşamı, 28 Yanvar 2025 11:33

Mərkəzi Bank və Harvard Universiteti maliyyə sektorunun dayanıqlığının artırılmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüşüb.

Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr keçirilib.

Bu barədə “Caspian Energy Media” AMB-yə istinadən xəbər verir. 

Read 53 times