Çərşənbə, 29 Yanvar 2025 15:17

EBRD ötən il Azərbaycana yatırdığı investisiyalarının 82 %-i "yaşıl iqtisadiyyatı"n payına düşüb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanda 8 layihəyə 196 milyon avro investisiya edib.

“Caspian Energy Media” Banka istinadən xəbər verir ki, bu investisiyaların 82 %-i ölkənin "yaşıl iqtisadiyyatı"na - enerji və nəqliyyat sektorları, maliyyə institutları, kiçik və orta müəssisələri (KOB) kimi müxtəlif sektorlara yönəldilib.

EBRD, Azərbaycanın karbonsuzlaşdırma hədəflərini dəstəkləyən əsas tərəfdaşlardan biri olub. Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı Bank, Qafqazda ən böyük kommunal miqyaslı günəş elektrik stansiyalarının tikintisini birgə maliyyələşdirib və hazırda Azərbaycanda maliyyələşdirilən bərpa olunan enerjinin həcmi 1,2 giqavatı ötüb.

Read 41 times