Bazar ertəsi, 03 Fevral 2025 14:36

EBRD Azərbaycanla əməkdaşlıq üzrə yeni beşillik strategiyasını təsdiq edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Azərbaycan üçün 2025–2030-cu illəri əhatə edən yeni ölkə strategiyasını təsdiqləyib.

Bu barədə “Caspian Energy Media” Banka istinadən xəbər verir. Strategiya investisiya və siyasət təşəbbüslərini iki əsas istiqamətdə cəmləşdirir: daha güclü, rəqabətli və inklüziv özəl sektorun inkişafı və iqtisadi diversifikasiyanın təşviqi; "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsi və regional əlaqələrin gücləndirilməsi.

EBRD Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla ölkənin karbohidrogen ixracından asılılığını azaltmağı hədəfləyir. Bu məqsədlə, Bank qeyri-neft sektorunda - aqrobiznes, istehsal və xidmətlər, informasiya və kommunikasiya texnologiyaları və infrastruktur sahələrində fəaliyyət göstərən kiçik və orta müəssisələrə investisiya və məsləhət dəstəyi göstərəcək.

Read 44 times