Şənbə, 01 Mart 2025 11:11

Azərbaycanla Dünya Bankı arasında mövcud və icrasına başlanılacaq layihələr müzakirə olunub

Fevralın 28-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Dünya Bankının ölkəmizin də daxil olduğu seçki qrupu üzrə yeni təyin olunmuş İcraçı direktoru xanım Beatris Meyzer ilə görüş keçirilib.

Görüş zamanı ölkəmizlə Bank arasında Azərbaycan üçün prioritet sahələr üzrə müəyyən olunmuş istiqamətlərdə mövcud və icrasına başlanılacaq layihələr nəzərdən keçirilib.

Bu barədə “Caspian Energy Media” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

 

 

Read 37 times