Bazar ertəsi, 02 İyun 2025 14:25

Maliyyə naziri AİB-nin vitse-prezidenti ilə görüşüb

İyunun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Həmçinin Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı, Bakı Metropoliteninin genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və tullantı sularının idarə olunması, bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları, eləcə də Şimal-Cənub və Orta Dəhliz nəqliyyat dəhlizləri boyunca logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub. 

Bu barədə “Caspian Energy Media” Maliyyə nazirliyinə istinadən xəbər verir.

Read 33 times Last modified on Bazar ertəsi, 02 İyun 2025 11:30