Millətlər Birliyi Azərkosmos ilə birgə “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərində iqlim fəaliyyətinin artırılmasında coğrafi məkan məlumatının rolu” adlı tədbir təşkil edib. COP29 çərçivəsində keçirilən tədbir peyk əsaslı məlumatların inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərində iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında vacib rolunu vurğulayıb.
Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.