Şənbə, 28 Dekabr 2024 13:58

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib.  Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.

Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.

 

Read 19 times