10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında geniş məlumat verilib.
Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuş panel sessiyası ilə davam edib. Sessiyada innovativ texnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsi və e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlar müzakirə olunub.
Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.